Böyük Britaniya BDU-nun Naniotexnologiyalar sahəsində nailiyyətləri ilə maraqlanır

14/11/2012

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Böyük Britaniyanın Elm və İnnovasiya Şəbəkəsinin nümayəndələrini - şəbəkənin Almaniyadakı rəhbəri Kənan Poleonu və Şəbəkənin Türkiyədəki əməkdaşı Başak Candemiri qəbul edib. Qonaqların Azərbaycana səfərlərinin məqsədi ölkənin aparıcı elm mərkəzləri ilə əməkdaşlıq qurmaq üçün görüşlərin keçirilməsidir. Rektor BDU-nun beynəlxalq proqramlar və qrantları haqqında məlumat verərək, universitetdə elm və təhsilin inkişafı barədə də danışıb. Abel Məhərrəmov BDU-da nanotexnologiya sahəsində əldə olunan nailiyyətlər barədə  bəhs edib.O cümlədən, İSESKO-nun universitetə verdiyi böyük qiyməti vurğulayıb.

Kənan Poleo, öz növbəsində,  universitetlə, həmçinin nanotexnologiyalar sahəsində əldə olunan nailiyyətləri ilə yaxından tanış olmaq arzusunu ifadə edib. Görüşdə iştirak edən Böyük Britaniya səfirliyinin müşaviri Adrian Li səfirliyin universitetlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Daha sonra qonaqlar tədris və elmi-tədqiqat  laboratoriyalarda olublar.

Mətbuat və informasiya şöbəsi, 14 noyabr 2012-ci il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!