Bu il Bakı Dövlət Universitetini 4 minədək məzun bitirmişdir

29/06/2012

İyunun 28-da Bakı Dövlət Universitetində (BDU) 2011/2012-cu tədris ilinin məzunları ilə təntənəli görüş olmuşdur. Milli Məclis deputatlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır. O qeyd etmişdir ki, 2011/2012-ci tədris ilində BDU-nu 17 fakültə üzrə 4 minədək tələbə bitirir. Onlardan 500 nəfəri təhsilini fərqlənmə diploma ilə başa vurmuşdur.
Rektor xalqımızın dahi oğlu, müasir müstəqil dövlətimizin banisi və yaradıcısı Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu sonsuz qürur hissi ilə xatırlatmışdır. O qeyd etmişdir ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında böyük iqtisadi, siyasi uğurlar qazanır, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Ölkəmizdə keçirilən müxtəlif mədəniyyət müsabiqələri, idman yarışları xalqımızın mənəvi böyüklüyünü sübut edir.
Akademik A.Məhərrəmov, eyni zamanda, BDU-da qazanılan uğurlardan bəhs edərək təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndiyini söyləmişdir.
Çıxış edən məzunlar doğma Vətənə layiqli övlad olmaq arzularını ifadə etmişlər.
Sonra məzunlara fərqlənmə diplomları təqdim edilmişdir.
Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.

Mətbuat və informasiya şöbəsi, 29 iyun 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!