Bu il Bakı Dövlət Universitetini 4500-dək tələbə bitirib

06/07/2007

İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) 2006-2007-ci tədris ilinin məzunları ilə görüş olmuşdur.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın dahi oğlu, ulu öndərimiz Heydər Əliyevin BDU-nun məzunu olduğunu böyük qürur hissi ilə vurğulayaraq, bu ali məktəbdə təhsil almağın şərəfli olduğunu söyləmişdir.

Diqqətə çatdırılmışdır ki, 2006-2007-ci tədris ilində universiteti 4500-dək tələbə bitirir, onlardan 1200-dək məzun fərqlənmə diplomuna layiq görülmüşdür.

Akademik A.Məhərrəmov məzunları təbrik edərək, onların xalqımıza ləyaqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirmiş, uğurlar arzulamışdır. Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar təqdim olunmuşdur. Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov və digərləri iştirak etmişlər.

“Azərbaycan müəllimi”qəzeti, 6 iyul 2007-ci il.

 

 

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!