British Council BDU-da təlim keçirib

16/04/2013

British Council BDU-nun Xarici Əlaqələr Departamentinin təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri üçün prezentasiya keçirib. Prezentasiya, British Council-ın təşkil etdiyi Esse Müsabiqəsinə həsr olunub. Prezentasiyaya iqtisadiyyat sahəsində ixtisaslaşan tələbələr qatılıb. Tədbirdə həmçinin ingilis dilinin təkmilləşdirilməsi məqsədilə təşkil olunan  İELTS imtahanları üzrə hazırlıq kursları barədə ətraflı məlumat verilib.

British Council-in əməkdaşları – Fidan Hacıyeva və Cavid Quliyev hər iki məsələ ilə əlaqədar ətraflı məlumat veriblər. Onlar bildiriblər ki, keçən ilki müsabiqələrdən fərqli olaraq bu il birinci yer üç nəfərə veriləcək. Həmin tələbələrin Londonda yerləşən King College-də təşkil olunacaq  bir aylıq yay məktəbində iştirak edə biləcəkləri də vurğulanıb. Çıxışçılar həmçinin BDU-nun tələbələrinin iştirakı ilə keçirilən əvvəlki müsabiqələrdən nümunələr gətirərək o layihələrin böyük uğur qazandığını bildiriblər. Buna misal olaraq 2012-2013-cü illər ərzində BDU-nun Jurnalistika fakültəsində gerçəkləşən layihəni xatırladıblar.

Görüşdə iştirak edən Beynəlxalq Proqramlar və Layihələr Şöbəsinin müdiri və Jurnalistika fakültəsinin dosenti Təranə Mahmudova çalışdığı fakültədə jurnalist tələbələr üçün təşkil edilmiş treninqlərin səmərəli olması və qaliblərin həmin layihə çərçivəsində Londonda 5 günlük təlimdə iştirak etmələri barədə məlumat verib. O həmçinin esse yazarkən nəzərə alınmalı olan amillər barədə danışıb, müəyyən tövsiyələr verib. Sonda çıxışçılar tələbələri maraqlandıran suallara cavab veriblər.

Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!