İbri şöbəsinin açılmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - VİDEO

19/11/2013

Bu gün Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsində ibri şöbəsinin açılmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir başlamazdan öncə İsrail şəhərlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olub. Sonra rektor, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, şərqşünaslıq fakültəsində ibri şöbəsi 1993-cü ildən açılıb, sonra 3 ildən bir, 2003-cü ildən isə hər il qəbul aparılıb. 1997-ci ildən magistr hazırlığına başlanılıb. İndiyədək bakalavr pilləsini 67, magistraturanı isə 13 nəfər bitirib. Hazırda ibri şöbəsində 32 tələbə və 2 magistrant təhsil alır. Bu şöbədə ibri dili və ədəbiyyatı ilə yanaşı İsrailin tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, siyasi sistemi və s.tədris olunur.

Rektorun sözlərindən o da məlum olub ki, bu dili tədris edən müəllimlər, o cümlədən tələbələr BDU ilə Xayfa, Yerusəlim və Təl-Əviv Universitetləri arasında imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən, davamlı olaraq yay kurslarında iştirak edirlər. Rektor onu da bildirib ki, ibri dili məzunlarından 2 nəfər Fransada, 3 nəfər Türkiyədə magistraturaya daxil olub, 4 nəfər AMEA institutlarının dissertantıdır. Rektor ibri şöbəsi yarandığı dövrdən İsrailin ölkəmizdəki səfirliyi ilə sıx əlaqələr qurduğunu, səfirlik tərəfindən fakültənin kitabxanasına mindən çox kitab və dərsliklər hədiyyə edildiyini, müxtəlif görüş və müsabiqələr keçirildiyini də diqqətə çatdırıb və səfir Rafael Harpasa təşəkkürünü bildirib.

Çıxış edən səfir Rafael Harpas da öz növbəsində əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırıb.

Sonra tələbələrin hazırladığı «Yəhudi toyu» səhnəciyi, «Yeruşalayim şel kalav» və ibri dilinə tərcümə edilmiş «Azərbaycan» mahnısı ifa edilib.

Mətbuat və informasiya şöbəsi, 19 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!