Bolqarstanın Sofiya Mədən və Geologiya "St. İvan Rilski" Universitetinin rektoru Geologiya fakültəsində olub

17/10/2017

Bolqarıstan Respublikasının Sofiya Mədən və Geologiya "St. İvan Rilski" Universitetinin rektoru, Bolqarıstan Respublikası universitetlərinin rektorları şurasının sədri, professor Lyuben Totevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin Geologiya fakültəsində olub.  Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən dekan, dosent Məhluqə Məmmədova və kafedra müdirləri fakültənin beynəlxalq əlaqələri, tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyəti barədə məlumat verərək, bu görüşün əməkdaşlıq əlaqələrinin qurulmasına təkan olacağını bildiriblər. Professor Lyuben Totev, öz növbəsində, xoş qarşılanmaya görə təşəkkür edib. Qonaq universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib. Görüşdə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsi, birgə elmi əməkdaşlıq və s. məsələlər müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!