BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saad BDU-da

25/02/2016

Bakı Dövlət Universitetində BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov nümayəndə heyətini salamlayaraq  BDU-nun tarixi, bu günü, o  cümlədən beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyini və ölkəmizin  tolerantlıq ənənələrinə, mədəniyyətlərə mühüm töhfələr verdiyini, keçiriləcək forumun  isə bu sahədə ölkəmizin əldə etdiyi təcrübəni bölüşməsinə şərait yaradacağını qeyd edib. Daha sonra BMT-nin tarixindən danışan rektor Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu il 25-27 aprel tarixlərində Bakıda keçirilməsi barədə qərarın 2014-cü il sentyabrın 26-da qəbul edildiyini bildirib. Rektor Abel Məhərrəmov Nihal Saadın rəhbərlik etdiyi nümayəndə heyətinin adıçəkilən  foruma hazırlıqla bağlı görülmüş işlərlə tanış olmaq, o cümlədən müvafiq müzakirələr aparmaq məqsədilə Bakıda səfərdə olduğunu deyib.

Daha sonra BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saad Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib, artıq 5-ci dəfədir ki, Bakıya səfər etdiyini, şəhərin hər il daha da inkişafının şahidi olduğunu vurğulayıb.O, keçiriləcək forumun əhəmiyyətindən, nəzərdə tutulan işlərdən bəhs edərək, bu forumun yalnız Azərbaycan üçün deyil, BMT Sivilizasiyalar Alyansı üçün də çox faydalı olduğunu söyləyib. Belə ki, forumda Azərbaycanın tarixi, keçdiyi yollar haqqında danışılacaq, burada müxtəlif millətlərin harmoniya şəklində yaşamasından ətraflı bəhs ediləcək. Bakı toplantısının əvvəlkilərdən çox fərqlənəcəyinə ümid etdiyini bildirən N.Saad bunu Azərbaycanın bu il dünyaya ünvanladığı “Multikulturalizm ili” mesajı ilə əlaqələndirib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif  Eyvazzadə çıxış edib. Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, 2008-ci ildən bəri Sivilizasiyalar Alyansının İspaniya, Türkiyə, Brazilyada, bir sözlə, 6 ölkədə toplantısının keçirildiyini bildirib.

Mətbuat və informasiya şöbəsi, 25 fevral 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!