“Bəkir Çobanzadə dünyası” III Krım Beynəlxalq Türkoloji Konfransı keçiriləcək

13/04/2015

Mayın 27-dən 29-dək Bəkir Çobanzadə adına Xeyriyyə Fondunun və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun dəstəyi ilə Beloqorsk (Qarasubazar) şəhərində “Bəkir Çobanzadə dünyası” III Krım Beynəlxalq Türkoloji Konfransı keçiriləcək.

Konfransın təşkilat komitəsində Bakı Dövlət Universitetinin türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əsgərov da var.

Builki konfransda Krım və Krım tatarlarının tarixi və müasirliyi, Bəkir Çobanzadənin, habelə Qarasubazarda anadan olmuş və ya orada yaşamış elm, ədəbiyyat, təhsil, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılıq irsi, regionun memarlıq və tarixi abidələri, folklor, ədəbiyyat və incəsənət məsələləri, toponimləri, qloballaşan dünyada Krım-tatar dilinin qorunması və saxlanması yolları müzakirə olunacaq.

Konfrans iştirakçıları siyahısının xarici ölkələrə dair bölməsində Azərbaycandan Elmira Abbasovanın “Bəkir Çobanzadə ideyalarının Azərbaycan ədəbi-fikir məktəbində əksi”, Xuraman Hümmətovanın “Bəkir Çobanzadənin poeziyasında tarixi həqiqətin poetik təcəssümü” məruzələrinin adı da qeyd olunub.

Konfransın materialları kitab halında nəşr olunacaq.

Mətbuat və İnformasiya şöbəsi, 13 aprel2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!