«Bizimkiləri erməni diasporu və erməni xislətli düşmənlərimiz yoldan çıxarmaq istəyir»

10/03/2011

Rektor, akademik Abel Məhərrəmov sosial şəbəkələr vasitəsilə gənclərin 11 martda kütləvi mitinqlərə çağırılması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, internet vasitəsi ilə bizimkilərə cürbəcür təkliflər göndərirlər: «Əfsuslar olsun ki, bu çağırışlarla bizimkiləri erməni diasporu və erməni xislətli düşmənlərimiz yoldan çıxarmaq istəyirlər. Sual oluna bilər ki, bu insanlar bunu niyə edirlər? Çünki bu gün Ermənistanda vəziyyət çox ağırdır. Azərbaycan isə dinamik inkişaf edir. Onlar da Azərbaycandan ehtiyatlandığı üçün bu primitiv yola əl ataraq, azərbaycanlı tələbələrə müxtəlif çağırışlar edirlər. BDU-nun bütün müəllim və tələbə heyəti bu çağırışlara rədd cavabı verib. Heç bir mitinqdə bizim universitetdən bir kəs belə iştirak etməyəcək. Bunu bizim tələbələrimizin bizə müraciəti əsasında əminiliklə deyirəm».

Rektor Abel Məhərrəmovun sözlərinə görə, hazırda BDU-da 18 min tələbə təhsil alır. Həmin tələbələrin hamısı Azərbaycanın dövlətçiliyini dəstəkləyir. Bütövlükdə götürdükdə Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində gənclər demokratik şəraitdə yüksək səviyyəli təlim və təhsil alırlar. Bu isə əmin olmağa əsas verir ki, böhtan çağırışlara heç kim əhəmiyyət  verməyəcəkdir.

Mətbuat və İnformasiya şöbəsi, 10 mart 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!