Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun əməkdaşları BDU-da

17/10/2016

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində adıçəkilən institutun direktor müavini və MDB ölkələrinin Nanotexnologiya üzrə innovasiya mərkəzinin direktoru Aleksandr Ruzayev, BNTİ-nin Elmi tədqiqat və tədris mərkəzinin direktoru, f.r.e.d. Stanislav Z.Pakulyak, Belarusiya Dövlət Universitetinin Nüvə Problemləri İnstitutunun direktor müavini, f.r.e.d. Yliya A.Fedotova Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmovla görüşdə BDU ilə BNTİ-nin arasında mövcud əməkdaşlığın perspektivlərindən, BNTİ-nin elmi texniki imkanlarından, Fizika fakültəsində aparılan elmi tədqiqat işlərindən, nüvə texnologiyası istiqamətində magistr hazırlığından danışılıb. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov qonaqlara tədris və elmi laboratoriyalar haqqında məlumat verib.

BNTİ-nin Elmi tədqiqat və tədris mərkəzinin direktoru, f.r.e.d. Stanislav Z.Pakulyak fakültənin professor-müəllim və tələbələri qarşısında çıxış edib. Məlum olub ki, BNTİ tələbə, magistr, doktorant və müəllimlər üçün stajartırmalar təşkil edir və fakültə əməkdaşlarının bu imkanlardan yararlanmaları əlaqələrin daha da yaxşılaşmasına səbəb ola bilər.

Sonda qonaqlar Nanoaraşdırmalar Mərkəzinə baş çəkib, burada aparılan işlərlə yaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!