“Bir” Tələbə - Könüllü Proqramı çərçivəsində Bakı Dövlət Universitetində “Ekoloji Aksiya” keçirilib

30/04/2016

“Bir” Tələbə - Könüllü Proqramı çərçivəsində Bakı Dövlət Universitetində “Ekoloji Aksiya” keçirilib. Aksiyanın məqsədi ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır. Aksiya zamanı Bakı Dövlət Universitetinin həyətində xüsusi çadır hazırlanıb. Ağacəkmə fəaliyyətinin icrası üçün lazımi avadanlıqların yerləşdirildiyi çadırda, eyni zamanda, müvafiq işlər üzrə məsul şəxslərin müəyyən olunması kimi işlər həyata keçirilib və iş bölgüsü aparılıb. Aksiyada iştirak edən tələbələr universitet həyətinin təmizlənməsi, ağacların əkilməsi və əhənglənməsi işlərini həyata keçiriblər.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif tədbir və təlimlərdə iştirakının təmin edilməsi, yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsində iştirakını nəzərdə tutur.  “Bir” Tələbə- Köüllü proqramı  6 istiqamətdə - Öyrən, Öyrət, Yaşa, Yaşat, kəşf et, Zövq al-dan ibarətdir. Yaşa istiqaməti çərçivəsində tələbələr “Ekoloji Aksiya” həyata keçirir.

Mətbuat və informasiya şöbəsi, 30 aprel 2016-cı il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!