Bioekologiya kafedrasının əməkdaş və tələbələri qrant layihəsinin qalibi olublar

05/04/2012

Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tәdqiqat proqramlarının, layihәlәrinin vә digәr elmi tәdbirlәrin maliyyәlәşdirilmәsi mәqsәdi ilә qrantların verilmәsi üzrә 2011-ci il üçün "Gənc alim və mütəxəssislərin qrant layihələri” müsabiqəsindən uğurla keçmiş layihәlәr arasında Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasınnın əməkdaş və tələbələri də var.

Layihənin adı:

Qala tarixi-etnoqrafik qoruğu və yaxın ərazilərdə bioekoloji vəziyyətin kompleks tədqiqi.

 

Layihənin məqsədi:

“EkoSfera” Sosial-Ekoloji Mərkəzin gənc mütəxəssisləri və Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin bakalavr və magistrlarının iştirakı ilə Qala (Xəzər rayonu) tarixi-etnoqrafik qoruq ərazisində mövcud və potensial ekoloji təhlükənin aşkarlanaraq ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi, təmizləmə və şəriatin dəyişmə metodlarının işlənilməsi üzrə müstəqil çöl təcrübə tədqiqatının həyata keçirilməsi.

 

Əsas məsələlər:

  • Etno-Ekoloji mərkəzin ərazisinə yaxın olan göldə neft tullantıları ilə çirklənmənin dərəcəsinin qiymətləndirilməsi; suyunvə dib çöküntülərinin kimyəvi və bioloji təmizləmə metodlarının analizi və müqayisəsi;
  • Ərazinin fiziki (radiasiya, işıq, istilik, səs-küy və elektromaqnit) çirklənməsinin qiymətləndirilməsi;
  • Ərazinin ağır metallarla çirklənmə dərəcəsinin qiymətləndirilməsi, torpaq nümunələrinin qidalı maddələrə görə analizi, torpağın mikroorqanizm tərkibinin kəmiyyət və keyfiyyət analizi, torpağın sanitar xarakteristikası;
  • Ərazinin biomüxtəlifliyinin (həşəratlar, sürünənlər, quşlar, məməlilər, flora) monitorinqi, bioindikator növlərin aşkar olunması, taksonomik siyahının tərtibi, endemik bitki növlərinin müəyyənləşdirilməsi;
  • Ərazidə ekoloji və mədəni turizm üçün potensial ekoloji təhlükənin aşkar olunduğu halda şəraitin yaxşılaşdırılması üçün hesabatın və tövsiyyələrin hazırlanması.

Layihənin iştrakçıları:

 

  1. Dilarə Hacıyeva: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dövlət hesabına Ekologiya ixtisası üzrə qiyabi şöbəsinin 1-ci kurs magistrantıdır. 15 sentyabr 2011-ci ildən BDU-nin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasında laborant vəzifəsində çalışır. 2009-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində ekoloq-ekotrener vəzifəsində çalışır və ekoloji layihələrdə elmi-təbliğat işləri aparır. Elmi istiqaməti: urboekologiya, bioindikasiya.
  2. Nigar Məmmədova: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə əyani şöbəsinin 1-ci kurs doktorantıdır. 2008-ci ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində ekoloq-ekotrener vəzifəsində çalışır və ekoloji layihələrdə elmi-təbliğat işləri aparır. Elmi istiqaməti: ekoloji kimya.
  3. Sevinc Abasova: 15 sentyabr 2011-ci ildən BDU-nin Ekologiya və Torpaqşünaslıq fakültəsində Bioekologiya kafedrasında laborant vəzifəsində çalışır. 2010-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində ekotrener vəzifəsində çalışır və ekoloji layihələrdə təbliğat işləri aparır. Elmi istiqaməti: biokimya.
  4. Abdin Abbasov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dövlət hesabına Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllü çalışır və ekoloji layihələrdə elmi-təbliğat işləri aparır. Elmi istiqaməti: bioekologiya.
  5. Ülkər Qədiyeva: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dövlət hesabına Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür. Elmi istiqaməti: torpaq ekologiyası. Magistr dissertasiya mövzüsu: Abşeron yarımadasının ağır metallarla çirklənməsinin bəzi quru orqanizmlərə təsirinin ekoloji qiymətləndirilməsi.
  6. Əziz Yunusov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür. Elmi istiqaməti: aqroekologiya.
  7. Elmar Səlimov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə əyani şöbəsinin Bioekologiya kafedrasında 1-ci kurs magistrantıdır. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür. Elmi istiqaməti: ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi.
  8. Nicat Narimanov: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 1-ci kurs bakalavr. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür.
  9. Tabriz Suleymanlı: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 1-ci kurs bakalavr. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür.
  10. Ülvi Movsümzadə: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 1-ci kurs bakalavr. 2011-cu ildən etibarən indiyədək “EkoSfera” Sosial-Ekoloji Mərkəzində könüllüdür.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!