Bioekologiya kafedrasında xarici ekspertlərin mühazirəsi dinlənilib

26/11/2012

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ)  tərəfindən  “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin “Bioekologiya” kafedrası ilə əməkdaşlığın növbəti mərhələsi olaraq Azərbaycanda biomüxtəlifliyin qorunması sahəsində mütəxəssislərin yetişdirilməsi məqsədilə bir sıra xarici ekspertlər dəvət olunub. Bioekologiya kafedrasında Almaniyadan dəvət olunmuş ekspertlərdən biri - Tilmann Dieterix tərəfindən “Landşaftın ekologiyası və çöl tədqiqatı metodlarının ekosistemlərin və onların daxilindəki yaşayış mühitlərinin qavranılmasında əhəmiyyəti” mövzusunda mühazirə dinlənilib.

Mühazirədə Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin  müəllim, magistrant və tələbələri iştirak ediblər. Gələcəkdə dəvət olunacaq ekspertlər tərəfindən “Bioekologiya” kafedrasında dərs, təlim və çöl tədqiqat ekspedisiyalarının təşkili ilə əlaqədar məşğələlərin keçirilməsi nəzərdə tutulur.

Mətbuat və İnformasiya şöbəsi, 26 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!