Bilgi Universitetinin nümayəndə heyətilə görüş

24/05/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Bilgi Universitetinin (İstanbul) nümayəndə heyətini qəbul edib.

Görüşdə nümayəndə heyətindən Bilgi Universitetinin İdarə Heyətinin sədri Rifat Sarıcaoğlu, Baş katibi Çağrı Bağcıoğu, İdarə Heyətinin üzvü Ural Aküzün,  müəllim Göksel Aşan və sabiq millət vəkili Şamil Ayrım, BDU tərəfdən isə Beynəlxalq əlaqələr üzrə prorektor Şəlalə Məmmədova iştirak edib.

Akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən, bu münasibətlərin ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində genişlənməsindən, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq daha da möhkəmlənməsindən, qloballaşan dünyada Azərbaycanla Türkiyənin birgə addımlamasından bəhs edib, universitetin tarixi, bugün, ümumilikdə Azərbaycan təhsilinin inkişafı haqda ətraflı məlumat verib.

Bilgi Universitetinin İdarə Heyətinin sədri Rifat Sarıcaoğlu öz növbəsində qocaman universitetdə olmasından qürur hissi duyduğunu bildirib. O, Türkiyənin ali təhsil sistemindən danışıb və  səfərdə əsas məqsədin BDU və Bilgi Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarət olduğunu söyləyib. Söhbət zamanı bununla bağlı bir sıra məsələlər müzakirə edilib.

Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

Qeyd edək ki, İstanbul Bilgi Universiteti 1996-cı ildə təsis olunub. Tədris ingilis dilindədir. 11 000 tələbə və 600-ə yaxın akademik heyəti var, 3 kampusu fəaliyyət göstərir. Bilgi Universitetinin 6 fakültəsi var: Fən və Ədəbiyyat, Hüquq, İqtisadiyyat və İdarəçilik, İctimaiyyətlə əlaqələr, Memarlıq fakültəsi və Mühəndislik fakültəsi.

 

Mətbuat və informasiya şöbəsi, 24may 2012-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!