Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 20 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

29/12/2011

Bu gün Bakı Dövlət Universitetində  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 20 illik yubileyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Giriş sözü ilə çıxış edən rektor, millət vəkili akademik Abel Məhərrəmov bildirib ki, 1990-91-ъi tədris ili Bakı Dövlət Universitetində yeni bir fakültənin «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» fakültəsinin fəaliyyətə başlaması ilə yaddaqalan olub. Elmi Şuranın bu cəsarətli addımı zaman axarında öz təsdiqini tapıb. Akademik söyləyib ki, o  vaxtlar beynəlxalq  münasibətlər, xüsusilə beynəlxalq hüquq elmi haqqında təsəvvürlər zəif idi. Bu boşluğun qısa vaxtda aradan qaldırılmasının əsl fədakarlıq tələb etdiyini qeyd edən akademik ümummilli lider Heydər Əliyevin bir vaxtlar böyük uzaqgörənliklə respublikamızdan kənarda təhsil almağa yolladığı kadrların yeni fakültənin  işinə qatıldığını və qısa zamanda BDU-da əsl beynəlxalq hüquq məktəbinin formalaşdığını söylədi.

Daha sonra adıçəkilən fakültənin dekanı professor Zeynal Həsənalıyev  «Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tarixi, tariximizin ayrılmaz hissəsidir» məruzəsi ilə çıxış edib.  O, deyib ki, 1991-ci ildə üç ixtisas üzrə 55 nəfər tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 1333 tələbəsi təhsil alır, o cümlədən onların arasında Türkiyə, Əfqanıstan, İran İslam Respublikası, Rusiya və Gürcüstan dövlətlərindən gəlmiş xeyli tələbələr də var.

Yubiley tədbirində millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  İordaniyanın Azərbaycandakı səfiri Adel Adaileh, hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, çıxış edib.

Sonra həmin fakültənin tələbələri müxtəlif xarici dillərdə, fakültənin məzunu YAP Gənclər Təşkilatının sədr müavini Ramin Məmmədov yubiley münasibətilə təbriklərini çatdırıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Mətbuat və informasiya şöbəsi, 29 dekabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, SIA, azadinform

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!