Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində görüş

10/12/2012

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Dekan, professor Zeynal Həsənalıyev qonaqları salamlayaraq fakültə barədə ətraflı məlumat verib. O, qısa müddətdə yeni və müasir standartlara cavab verən tədris proqramlarının hazırlanmasından, fakültənin müxtəlif səviyyəli beynəlxalq proqramlarda qalib gəlməsindən, tələbələrin uğurlarından, fakültə  məzunlarının xarici ölkələrdə  səfir kimi fəaliyyətlərindən bəhs edib.

Səfirliyin təhsil məsələləri üzrə mütəxəssisi Sədaqət Davudova  mövcud proqramlar barədə məlumat verərək BDU-nun da həmin layihələrdə iştirak etmələrində maraqlı olduqlarını söyləyib. Artıq bir sıra xarici universitetlərlə təcrübə mübadiləsinin həyata keçirildiyini, müəllimlərin dəvət edildiyini, tələbələrin xaricdə təhsillərini daha da inkişaf etdirmələri məqsədilə çoxsaylı layihələr həyata keçirdiklərini bildirib. Həmçinin bu il ABŞ səfirliyinin təşəbbüsü ilə Marivud Universitetinin professorunun BDU ilə əməkdaşlıq etməsi barədə razılıq əldə edilməsini də yüksək qiymətləndirib.

Görüşdə iştirak edən BDU-nun xarici tələbələrlə iş üzrə dekanı və xarici proqramlar üzrə departamentin müdiri, dosent Gülheyran Rəhimova universitetin də beynəlxalq proqramlarda iştirak etməkdə maraqlı olduğunu nəzərə çatdırıb və professor Aleksandr Davudun  BDU ilə əməkdaşlıq etməsindən məmnunluq ifadə edib.

Daha sonra səfirliyin digər nümayəndələri-Mədəniyyət məsələləri üzrə mütəxəssis Fərqani Əliyev və Məzunlarla iş üzrə proqram koordinatoru  Raminə Murşudova adıçəkilən fakültədə həyata keçirmək istədikləri proqramlar barədə ətraflı məlumat veriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, bir sıra proqramların, layihələrin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində həyata keçirilməsi ilə bağlı anlaşma əldə edilib.

Qeyd edək ki, müzakirələrdə sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini Əlimusa İbrahimov, dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Hacıağa Rüstəmbəyov və tarix fakültəsinin dekanı, dosent Azad Rzayev də iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi,  10 dekabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!