“Beynəlxalq jurnalistika: Təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi”

09/07/2013

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi, dosent Sabir Məmmədlinin“Beynəlxalq jurnalistika: Təşəkkül prosesi və demokratik ölkələrin media təcrübəsi” adlı kitabı çapdan çıxıb. Monoqrafiyada beynəlxalq jurnalistikanın formalaşması prosesində dövlətlərarası təşkilatların rolu və əhəmiyyəti, beynəlxalq hüquqi prinsiplərin işlənib hazırlanması və milli qanunvericiliyə implementasiyası məsələləri hərtərəfli tədqiq edilir. Əsərdə bütün ölkələr üçün böyük əhəmiyyətkəsb edən beynəlxalq sənədlərin söz və ifadə azadlığına dair prinsipləri, onların müasir məzmunu, beynəlxalq media dəyərlərinin və normaların demokratik ölkələrin KİV təcrübəsi ilə uzlaşdırılması prosesi geniş formada təhlil olunur.

Kitab insan haqları, söz və ifadə azadlığı sahəsində çalışan tədqiqatçılar, jurnalistika fakültəsində təhsil alan tələbələr, magistrlər, mətbuat nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!