“Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin növbəti təlimi baş tutub

01/02/2018

BDU-nun Jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsinin növbəti təlimi keçirilib. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Ələsgərli layihə rəhbərlərinə təşəkkürünü bildirib və “Beynəlxalq jurnalist təşkilatları və onların fəaliyyət dairələri” mövzusunda məruzə ilə çıxış edib. M.Ələsgərli qeyd edib ki, beynəlxalq münasibətlər sistemində çoxtərəfli siyasət yürüdən Azərbaycanın əsas hədəflərindən biri ölkə haqqında informasiya blokadasını yaratmaq, dövrün həqiqətlərini beynəlxalq arenanın diqqətinə çatdırmaqdır.

Disskusiya şəklində davam edən görüşdə JuHİ sədri beynəlxalq jurnalistika anlayışının mahiyyəti, xarici media sistemləri, beynəlxalq təşkilatların media siyasəti, diplomatiya ilə jurnalistikanın qarşılıqlı əlaqələri, qlobal informasiya məkanında informasiya təhlükəsizliyi problemi kimi mövzulardan söz açıb. Qonaq, eyni zamanda, Beynəlxlaq Jurnalistlər Federasiyası, Beynəlxlaq Jurnalistlər Təşkilatı, Avropa Jurnalistlər Federasiyası kimi beynəlxalq jurnalist təşkilatlarının yaranması və fəaliyyət istiqamətləri, bu təşkilatlara üzv olma qaydaları, üzvlüyün verdiyi üstünlüklər kimi məsələlərə də toxunub.

Təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 1 fevral 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!