Beynəlxalq jurnalistika kafedrasının əməkdaşları Misir Mədəniyyət Mərkəzində

11/11/2016

Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin rəhbərliyi ilə kafedranın əməkdaşları, magistrant və doktorantları  Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar. Mərkəzin müdiri Əhməd Sami Elaydi fakültə rəhbərliyi və kafedra əməkdaşları ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edib. Görüşü Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin davamı olaraq dəyərləndirən diplomat bildirib ki, jurnalistika fakültəsinin müəllim və tələbələri üçün ərəb dili kurslarının başlanmasıyla bağlı təşkilati işlər yekunlaşıb, yaxın günlərdə kurslara start veriləcək. Eyni zamanda Misirin məşhur “Əl-Əxbar” qəzetinin “Ədəbiyyat xəbərləri” jurnalının baş redaktoru və Yaxın Şərq Xəbər Agentliyinin (MENA) direktor müavininin Jurnalistika fakültəsində mühazirəsi təşkil ediləcək. Bundan əlavə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan Beynəlxalq jurnalistika kafedrasının müəllimləri, magistrantları və doktorantlarının bütün mümkün vəsaitlərlə təmin edilməsi, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.

Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, öz növbəsində, Mərkəzin müdiri Əhməd Sami Elaydiyə qısa müddətə ərzində görülən işlərə görə təşəkkür edib və əməkdaşlıq əlaqələrinin bu istiqamətdə davam edəcəyinə əminliyini ifadə deyib.

Görüş Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası, auditoriyaları, konfrans zalı və sərgi otaqları ilə tanışlıqdan sonra başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi, 10 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!