«Beynəlxalq hüquq və integrasiya problemləri» 4-cü nömrəsi oxuculara təqdim olunub

06/03/2015

BDU tərəfindən buraxılan «Beynəlxalq hüquq və integrasiya problemləri» adlı elmi-analitik və praktiki jurnalın 2014-ci ilin 4-cü (40) nömrəsi oxuculara təqdim olunub. Azərbaycan, rus və ingilis dillərində olan elmi məqalələr jurnalda beş bölmə üzrə verilib: «Beynəlxalq hüquq”, «İnsan hüquqları”, «Konstitusiya hüququ, əmək hüququ və ailə hüququ”, «Cinayət hüququ və cinayət prosesi”, «Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”. Qeyd edək ki, nəşrin həmredaktorları Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev və Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmovdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi nəşrlər siyahısına daxildir.

Mətbuat və İnformasiya şöbəsi, 06 mart 2015-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!