Beynəlxalq elmi konfransın nümayəndələri BDU-da olublar

08/06/2012

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan torpaqları: Genezis, Coğrafiya, Meliorasiya, Səmərəli istifadə və Ekologiya” mövzusunda keçirilən Beynəlxalq elmi konfransında iştirak edən xarici nümayəndələr Bakı Dövlət Universitetində olublar. Səfərin məqsədi Azərbaycan ali təhsil ocaqlarının flaqmanı Baku Dövlət Universiteti ilə tanışlıq olub. Qonaqlara Universitet haqqında prezentasiya təqdim olunub, BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin tarixi, bugünkü uğurları ilə bağlı geniş məlumat verib.

Daha sonra qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzinə baş çəkiblər.

Qeyd etmək lazımdır ki,  konfrans Azərbaycan torpaqşünaslıq elminin görkəmli nümayəndəsi, kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Rzaqulu oğlu Abduyevin  85 illik yubileyinə həsr olunub. Konfrans 8-10 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının Bakı və Qəbələ şəhərlərində keçiriləcəkdir.

Konfrans əsasən aşağıdakı istiqamətlər üzrə keçiriləcəkdir: 
• Torpaqların genezisi,coğrafiyası və diaqnostikası 
• Torpaqların ekologiya, kadastrı və qiymətləndirilməsi 
• Torpaqların fizikası, meliorasiyası və irriqasiyası
• Torpaqların münbitliyinin idarəedilməsi və ekoloji monitorinqin təşkili.

 

Mətbuat və informasiya şöbəsi, 08 iyun 2012-ci il


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!