Beynəlxalq elmi konfrans öz işinə başlayıb

06/12/2013

Bu gün Bakı Dövlət Universitetində akademik Bəhram Əsgərovun 80 illik yubileyinə həsr olunmuş “Fizikanın aktual problemləri” adlı Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransı açan universitetin rektoru Abel Məhərrəmov akademik Bəhram Əsgərovun elmi fəaliyyətindən danışıb. Daha sonra konfrans barədə məlumat verib. Məlum olub ki, konfransda Turkiyə, Rusiya və digər ölkələrin alimlərinin 128 məruzəsi dinləniləcək. Konfransa AMEA-nın Fizika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Radiasiya Problemləri İnstitutu, Milli Aviasiya Akademiyası, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Aqrar Universitetini təmsil edən nümayəndələr qatılıb. Qeyd edək ki, konfransin plenar iclasında 2, bölmələrdə isə nəzəri fizika və astrofizika bölməsində 24, fiziki elektronika bölməsində 21, bərk cisimlər və yarımkeçiricilər fizikası bölməsində 45,nanotexnologiyalar və molekulyar fizika bölməsində 36 məruzə dinləniləcək.

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!