Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (International Academy of Sciences and Higher Education (İASHE)) tərəfindən keçirilən müsabiqədə BDU birinci olub

12/04/2012

Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası (International Academy of Sciences and Higher Education (İASHE), London, Böyük Britaniya) postsovet dövlətlərində İASHE-nin rəsmi partnyoru olan Ümum Ukrayna Akademik Birliyi (Kiyev-Odessa) ilə birgə postsovet məkanına daxil olan ölkələr arasında elmi analitika üzrə regional yarışmanın test proqramını reallaşdırıb.  Bu yarışma İASHE-nin “Elmi analitika üzrə kontinental, milli və regional yarışmalar və dünya çempionatı” layihəsi çərçivəsində keçirilib.

Beynəlxalq Ali Təhsil və Elmlər Akademiyası tərəfindən 2011-ci ildə elmi analitika üzrə keçirilən yarışma və konfransların nəticələrinə görə aşağıdakı reytinqlər tərtib edilib:

- Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi

- Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi

- Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi

- Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində effektivliyi.

Layihədə əldə olunan nailiyyətlərin yekununa əsasən, Bakı Dövlət Universiteti bu reytinqlər üzrə aparıcı yerləri tutub. Beləliklə, Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 1-ci, “Ali Təhsil Müəssisələrinin elmi-tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 2-ci, “Gənc alim və tələbə gənclərin elmi-tədqiqat sahəsində aktivliyi” nominasiyası üzrə 3-cü və nəhayət  “Gənc alim və tələbə gənclərin elmi tədqiqat sahəsində effektivliyi” nominasiyası üzrə 21-ci yeri tutub.

Bununla belə, İASHE-nin Ekspertlər Şurası Bakı Dövlət Universitetini beynəlxalq qızıl nişanəsi olan “Sokrat Medalı” ilə təltif edib.

Mətbuat və informasiya şöbəsi, 12 aprel 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!