BDU-nun“SABAH” proqramının professor-müəllim heyəti Əbu Dabidə təlimlərdə iştirak edib

15/02/2016

BDU-nun “SABAH” proqramının professor-müəllim heyəti Paris Sorbon Universiteti-Əbu Dabidə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “SABAH” (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün keçirilən təlimlərdə iştirak edib. Universitetin rektoru professor Erik Fuaşın dəvəti ilə açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov da iştirak edib.

Rektorun nitqindən sonra çıxış edən səfir ali təhsil ocağının rəhbərliyini və “SABAH” proqramının iştirakçılarını salamlayaraq, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edib.

Səfir D.Şikarov Sorbon Universitetinin zəngin və qədim tarixindən və ənənələrindən bəhs edib, bu möhtəşəm ali təhsil ocağının oturuşmuş təcrübəsi sayəsində beynəlxalq təhsil bazarında layiqli yer tutduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi qərara uyğun olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsis edildiyini xatırladan səfir bu proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil aldıqlarını nəzərə çatdırıb. O, Azərbaycanda digər xarici qabaqcıl təhsil müəssisələri ilə yanaşı, Bakı Fransız Liseyinin də fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 10 il ərzində istər ölkə daxilində, istərsə də xaricdə minlərlə məktəbin inşa edildiyi vurğulanıb.

Səfir Paris Sorbon Universiteti-Əbu Dabinin “SABAH” proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının professor-müəllim və tələbə heyətləri ilə praktiki əməkdaşlığı bundan sonra da davam etdirəcəyini, ölkəmizin təhsil sisteminə öz dəyərli töhfələrini verəcəyini söyləyib. Azərbaycanın səfirliyinin bu işdə yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın Təhsil Nazirliyinin “SABAH” qruplarının müəllimləri ilə iş üzrə rəhbəri İlhamə Rəhimova çıxış edib, universitetin MDB ölkələri (Ermənistan istisna olmaqla) ilə iş üzrə müşaviri İmran Muxtarov ikitərəfli əməkdaşlığa dair geniş təqdimatla çıxış edib.
edu.gov.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!