BDU-nun tələbəsi “Dünya Tələbələr və Gənclər” festivalında iştirak edib

03/11/2017

Rusiya Federasiyasının Soçi şəhərində “Dünya Tələbələr və Gənclər” festivalı keçirilib. Ölkəmiz festivalda böyük nümayəndə heyəti ilə təmsil olunub. Əsasən gənclərdən ibarət nümayəndə heyəti elm, informasiya-texnologiya, idman kimi panellər üzrə çıxış ediblər.

Ümumilikdə 20 mindən artıq tələbə və gəncin iştirak etdiyi festivalda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Sabir Rüstəmov da iştirak edib. Panellərdə aktivlik nümayiş etdirən Sabir Rüstəmov,əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyona yaxın soydaşımızın öz ata-baba yurdundan didərgin düşməsindən danışıb.

Diskussiyalarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, İtaliyanın Xarici İşlər Naziri və başqa dövlət nümayəndələri də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!