BDU-nun tələbəsi “Avrasiya Gənc Liderlərinin Forumu”nda iştirak edib

29/09/2017

Rusiya Federasiyası Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında MDB, Gürcüstan və Baltika ölkələrindən gənc liderlərin iştirakı ilə  “Avrasiya Gənc Liderlərinin Forumu” keçirilib. Forumun həyata keçirilməsində məqsəd - MDB məkanında yaşayan gənc liderlərin və gənclər təşkilatlarının arasında əlaqələrin inkişaf etdirilməsidir.

Tədbirin açılış mərasimində Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayıl Şvıdko çıxışında belə tədbirlərin xalqların inteqrasiyasında olan rolunu qeyd edib. Tədbirdə eləcə də Dövlət Dumasının MDB işləri üzrə komitənin üzvü Leonid Kalaşnikov “Rossiya seqodnya” informasiya agentliyinin direktoru Andrey Blaqodirenko və digər qonaqlar çıxış ediblər. Forum çərçivəsində geniş maraq doğuran müxtəlif - imic və internet, media sahəsində yeni brendlərin qurulması, vətəndaş sosiallaşması, inteqrasiya problemləri və sair kimi məsələlər müzakirə olunub.

Forumda iştirak edən Azərbaycan nümayəndə heyəti qismində respublikanın müxtəlif təşkilatlarından olan gənclər iştirak ediblər. Forumda Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi Sabir Rüstəmov da iştirak və çıxış edib. O, öz çıxış və təqdimatında ölkədə gənclər siyasəti istiqamətində reallaşdırılan mühüm layihələr, irimiqyaslı yerli və beynəlxalq tədbirlər haqqında məlumatları digər ölkələrdən olan həmkarlarının nəzərlərinə çatdırıb.

Mətbuat və informasiya şöbəsi, 29 sentyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!