BDU-nun tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər

18/02/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin 10 tələbəsi Türkiyədən qayıdıblar. 1 həftəlik səfər müddətində tələbələr TİKA, TRT, TRT Ankara radiosu, TRT muzeyi, Anadolu Agentliyi, “Haber 7”, “Yeni Şafak”, “Sabah” qəzeti, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsinin rəhbərləri ilə görüşüb, təlim-təcrübə proqramında iştirak ediblər.

Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı proqram Koordinasiya ofisinin (TİKA) və Bakı Dövlət Universitetinin birgə layihəsi əsasında baş tutub.

Mətbuat və informasiya şöbəsi, 18 fevral 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!