BDU-nun tələbələri ELSA 63-cü Beynəlxalq Şura toplantısında

19/04/2013

ELSA (Avropa Hüquq Tələbələri Assosiasiyası) tələbələr  tərəfindən idarə olunan və yaradılan beynəlxalq, müstəqil, qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır. Bu təşkilat ali təhsil ilə yanaşı akademik və şəxsi mükəmməllik istəyən tələbə və məzunlarından təşkil olunmuşdur. ELSA hüquq tələbələrinə, mövcud bacarıqlarını inkişaf etdirmək, yeni bilik əldə etmək və Avropada tələbə yoldaşları və hüquq mütəxəssisləri ilə görüşmək üçün mükəmməl platforma təklif edir.

ELSA 1981-ci ildə Avstriya, Macarıstan, Polşa və Qərbi Almaniyadan olan beş hüquq tələbəsi tərəfindən  yaradılıb. Bu gün ELSA dünyanın ən böyük müstəqil hüquq tələbələri assosiasiyasıdır və o Avropa üzrə 41 ölkədə 38 000-dən çox tələbə və gənc hüquqşünasın üzvlüyü ilə yanaşı 300-ə yaxın hüquq fakültəsində təmsil olunur.

ELSA fəaliyyətləri müxtəlif növ akademik və  professional tədbir və layihələrdən ibarətdir. Bunlar  həm ELSA nın vizyonunu yerinə yetirmək, həm  üzvlərimizin şəxsi bacarıqlarının artırılması, həm də bir-biri ilə qarşılıqlı müzakirə imkanları təmin etmək məqsədilə təşkil edilir. Bundan əlavə ELSA hüquq tələbələrinə staj proqramı vasitəsilə öz bacarıqlarını inkişaf etdirmək imkanları, habelə nəşrlərdə dəstək təqdim edir.

ELSA-nın Azərbaycanda təşəbbüs qrupunun əsası bir neçə hüquq tələbəsi tərəfindən 2010-ci ilin iyununda qoyulmuşdur. Elə həmin ayda təşəbbüs qrupu tərəfindən təşkil edilən prezentasiyalardan aydın müşahidə etmək olar ki, hüquq tələbələrinin əksəriyyəti ELSA-nın Avropada təşkil olunmuş müxtəlif beynəlxalq tədbirlərində iştirak etməkdə, habelə bu təşkilatın digər üzvləri ilə möhkəm qarşılıqlı münasibətlər quraraq öz əlaqələrini genişləndirməkdə maraqlıdırlar.

Azərbaycan ELSA-nın Türkiyənin Alanya şəhərində keçirilən 58-ci Beynəlxalq Şuranın İclasında müşahidəçi üzv statusunu qazandı, beləki Azərbaycan səslərin çoxluğu ilə ELSA ailəsinə qəbul olundu və növbəti Beynəlxalq Şura İclaslarında artıq səs vermə hüququ olan nümayəndə kimi iştirak etdi.

07-14 aprel 2013-cü il tarixində Almaniyanin Köln şəhərində növbəti, 63-cü ELSA Beynəlxalq Şurasının İclası keçirildi. Azərbaycan nümayəndə heyəti olaraq Almaniyadakı iclasda iştirak etdik. Nümayəndə heyətinin iki üzvü - Bakı Dövlət Universitetinin, yeddisi Prezident yanında İdarəçilik Akademiyasının Hüquq Fakultəsinin tələbəsi olmaqla 9 nəfərdən ibarət idi. İclas böyük önəm kəsb etdi. Belə ki hər il olduğu kimi, Elsa Beynəlxalq İdarə Heyətinin seçilməsi, İrlandiya, Luksemburq və Ermənistanın üzvlüyə qəbul məsələləri müzakirə olunacaqdı.

Azərbaycan qrupu olaraq seminarlarda ötən ildə ölkəmizdə həyata keçirdiyimiz layihə və  tədbirlərə dair çıxış edib, hesabat verdik. Gündəmdə olan məsələlərə münasibət bildirdik. Və Ermənistanın üzvlüyə qəbul edilməsi barədə təşəbbüsü hər çıxışımızda pislədik və etirazlarmızı bildirdik. Bu məsələyə qardaş ölkə Türkiyənində etirazı böyük oldu. Və nəhayət apardığımız təbliğat nəticəsində yekun konfransda Ermənistanın təşkilata üzvlüyü 96 səsin 76-sı əliyhinə olaraq rədd edildi.

Bundan əlavə, Beynəlxalq İdarə Heyətinə daxil olan yeni 9 üzv seçildi. Seçkilərdə Azərbaycan tərəfi olaraq iştirak etdik. Hər məsələyə fikir bildirərək  onların saf çürük edilməsinə öz fikirlərimizlə təsir etdik. Ümumiyyətlə ELSA da Azərbaycana münasibət yüksək səviyyədədir. ELSA Azərbaycanın Beynəlxalq ELSA-da olan nüfuzunun nəticəsində məhz Ermənistanın üzvlüyünü ləğv etməyə nail olduq.

Beləliklə, Azərbaycanın nümayəndə heyəti olaraq bizə olan güvəni təkcə Universitetimizi deyil, Azərbaycanımızı yüksək səviyyədə təmsil edib geri qayıtdıq.

Yavər Məmmədova, Əsgər Həsənov
BDU-nun Hüquq fakültəsinin 3-cü kurs tələbələri



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!