BDU-nun tələbələri “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində iştirak ediblər

21/11/2016

Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri, eləcə də Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Ekologiya klubunun üzvləri Bakı Ekspo Mərkəzində  “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində iştirak ediblər.
Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir.
Bu il sərgidə dünyanın 10 ölkəsindən 60-dan artıq şirkət iştirak edir. Onların arasında Azərbaycan, Almaniya, Çexiya, Danimarka İngiltərə və digər ölkələr var. Beynəlxalq "Caspian Ecology" sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verir.

Mətbuat və informasiya şöbəsi, 21 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!