BDU-nun Tələbə Gənclər Təşkilatı “Gənclər fəaliyyətdə” adlı layihə icra edib

28/08/2014

Tələbə Gənclər Təşkilatının sədri, eyni zamanda “Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İB-nin prezidenti Məmmədbağır Məmmədovun rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki, Mingəçevir, Qəbələ, Quba, Lənkəran və həmçinin Gəncə şəhərlərində “Gənclər fəaliyyətdə” adlı layihə icra edib. Layihənin əsas məqsədi gəncləri ictimai fəaliyyətə cəlb etmək, müxtəlif könüllük fəaliyyətinə dəstək, yerli və beynəlxalq tədbirlərdə yaxından iştrak etmək, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılmasıdır.

Layihə çərçivəsində keçirilən görüşlərdən biri Şəki və Qəbələ şəhərlərində baş tutub. Bölgə gəncləri ilə görüşdə yerli aktiv gənclər və region gənclər təşkilatları iştirak ediblər. Görüşlər zamanı gənclər layihə çərçivəsində digər region gəncləri ilə birgə əməkdaşlığın genişlənməsini təklif ediblər. İlin sonuna isə layihədə iştrirak edən 6 şəhərin gənclərini bir yerdə toplanmaq qərara alınıb. Qeyd edək ki, layihə çərçivəsində artıq Gəncə və Mingəçevir şəhərlərində görüşlər keçirilib və bütövlükdə 4 şəhərdə görüşlər baş tutub. Layihə üzrə son görüşlərin Lənkəran və Quba şəhərlərində keçirilməsi planlaşdırılır.

Mətbuat və informasiya şöbəsi, 28 avqust 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!