BDU-nun tələbəsi Yaponiyada fəxri diplom alib

03/12/2013

Tokioda keçirilən 58-ci Beynəlxalq Yoşinkan Aykido festivalında Azərbaycanı ilk  təmsilçi kimi Yoşinkan Aykido  üzrə şidoşiya dərəcəli Atil Ağamirov və birinci dan qara kəmər, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Ağamirov təmsil edib və Yoşinkan AİKİDO Ryu  Federasiyanın fəxri diplomuna layiq görülüb.

Yoşinkan Aykido Yaponiya ilə yanaşı, ABŞ, Kanada, Bolqarıstan, Filippin və digər ölkələrdə də populyar döyüş sənəti sayılır və onunla əsasən, hüquq mühafizə orqanlarının əməkdaşları məşğul olurlar.
Festival Yoşinkan Aykido üzrə müxtəlif məktəblərin nümayəndələrinin nümunəvi çıxışları ilə başlayıb. Azərbaycan idmançıları bıçaqla hücumdan müdafiə fəndlərini nümayiş etdiriblər. İdmançıların çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb, münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Ülvi Agamirov bildirib ki, bu turnirə qatılmaqda məqsədimiz Yoşinkan Aykidonu ölkəmizdə  inkişaf etdirmək, yeni idmançılar yetişdirimək,  bu turnirdə tam heyətlə çıxış etmək, başqa ölkələrdə olduğu kimi Azərbaycanda da hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu sahədə bacarıqlarını gücləndirməkdir.

Mətbuat və İnformasiya şöbəsi, 3 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!