BDU-nun Tarix fakültəsinin tələbələri səfirlə görüşüblər

29/09/2017

Tarix fakültəsinin III kurs ingilis qrupu tələbələri - Tələbə Elmi Cəmiyyətinin sədri Ayan Kərimova və TEC-nin Elmin təbliği üzrə komitə rəhbəri Lamiyə Mustafayeva Azərbaycan-Pakistan diplomatik münasibətlərinin yaranmasının 26 illiyi ilə əlaqədar Pakistan səfirliyində olublar. Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand ilə görüşən tələbələr qəbula görə təşəkkür edib, təhsilləri barədə məlumat veriblər. Görüşdə Azərbaycan və Pakistan arasında sülh və dostluq münasibətləri, adət-ənənələrin və mədəniyyətlərin oxşarlığı, İslam dini və Dağlıq Qarabağ münaqişəsi və s. mövzular barədə danışılıb. Sonda səfir tələbələrlə xatirə şəkli çəkdirib.

Mətbuat və informasiya şöbəsi, 29 sentyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!