BDU-nun tarix fakültəsində Eldar İsmayılovun “Stepan Şaumyan – Unudulmağa məhkum edilmiş – “əfsanəvi kommunarın” retuşsuz portreti” kitabının təqdimatı keçirilib

11/04/2012

Bu gün Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarix elmləri doktoru, professor Eldar İsmayılovun “Stepan Şaumən – obreçennıy na zabvenie –portret «leqendarnoqo kommunara» bez retuşi» (“Stepan Şaumyan – Unudulmağa məhkum edilmiş – “əfsanəvi kommunarın” retuşsuz portreti” kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov belə bir kitabın ərsəyə gəlməsini mühüm hadisə adlandırıb. Qeyd edib ki, bu tədqiqatda Bakıda və Moskvada saxlanılan arxiv materiallarından, sənədli məcmuələrdən, Şaumyanın özünün yazdığı məqalələrdən istifadə edilib. Kitab Şaumyanın uşaqlıq və gənclik illərini, təhsil dövrünü, onun ilk inqilabi addımlarını və siyasi baxışlarını, yazışmalarını, Oktyabr inqilabından sonrakı fəaliyyətini əhatə edir. Rektor əlavə edib ki, kitab S.Şaumyanın kimliyini açmaq, azərbaycanlılara qarşı fəaliyyətini geniş araşdırmaq baxımından son dərəcə faydalıdır.

Tarix fakültəsinin professoru Lətifə Həsənova da kitabın əhəmiyyəti və özəlliyindən danışıb. Deyib ki, erməni millətinə mənsub olan Şaumyan Azərbaycana milli təyini-müqəddərat hüququ verilməsini təklif edən Azərbaycan partiyalarına xüsusi nifrət bəsləyirdi. Qatı bolşevik olan Şaumyan azərbaycanlılara inanmır, Bakıda nəyin bahasına olursa-olsun bolşeviklərin hakimiyyətini qurmağa, öz məqsədlərinə çatmasına mane olan qüvvələri aradan qaldırmağa çalışırdı. Məhz bu səbəbdən o, erməni millətçiləri ilə əməkdaşlıq etməyə məcbur idi.

Müəlliflə 20 ildən artıqdır ki, eyni kafedrada işlədiyini deyən professor Tofiq Vəliyev kitabı Azərbaycanın patoloji düşmənlərindən biri haqqında, zəngin materiallar əsasında yazılmış dəyərli monoqrafiya adlandırıb. Professorlar İbrahim Zeynalov, Solmaz Rüstəmova, dosentlər - Boran Əziz və Nuru Məmmədov kitab haqqında dəyərli fikirlərini bölüşüblər.

Sonda çıxış edən müəllif Eldar İsmayılov kitabın yazılması mərhələsində ona maddi və mənəvi dəstək verən bütün insanlara minnətdarlıq edib.

BDU-nun Mətbuat İnformasiya şöbəsi, 11 aprel 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!