BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illiyi qeyd edilib

19/12/2016

Bu gün Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin (SEP) yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov yubileyə toplaşan professor-müəllim heyətini, qonaqları salamlayıb, fakültə heyətini əlamətdar gün münasibətilə təbrik edərək SEP-in universitet həyatındakı rolundan bəhs edib. Bildirib ki, ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda struktur dəyişiklikləri aparılıb. Fakültə kafedraları müvafiq ixtisaslar üzrə aparıcı kafedralar olduğundan digər ali məktəblər və kolleclər, habelə bir sıra digər müəssisələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak edirlər.

Daha sonra  dekan, professor Hikmət Əlizadə fakültənin  tarixi və bu günü barədə məlumat verib. Məlum olub ki, hazırda  fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir.  Fakültənin professor-müəllim heyəti 106 nəfərdən ibarətdir - 1 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent, 12 nəfər baş müəllim, 17 nəfər müəllimdir. Tələbə kontingenti barədə məlumat verən dekan hazırda fakültədə 1400-ə yaxın tələbə,  magistrantən təhsil aldığını qeyd edib, tədrisin təşkili və yüksək ixtisaslı kadr hazırlığı barədə görülən işlər barədə danışıb.

Millət vəkilləri Hadı Rəcəbli, Səməd Seyidov və professor Əjdər Ağayevin təbrik nitqlərindən sonra bir qrup fakültə əməkdaşı  Fəxri fərman, təşəkkür və pul mükafatına layiq görülüb.

Tədbir işini bədii hissə ilə yekunlaşdırıb.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!