BDU-nun SABAH qruplarının tələbələri elmi-tədqiqat işlərinə cəlb ediləcək

16/12/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin SABAH qruplarında təhsil alan tələbələri ilə görüşüb. 13 ixtisas üzrə təhsil alan 425 tələbənin iştirak etdiyi tədbiri açan rektor Abel Məhərrəmov ölkədə elmin və təhsilin inkişafına göstərilən dövlət dəstəyindən danışıb, Təhsil Nazirliyinin qayğısı ilə yaranan SABAH qruplarının böyük perspektivlər vəd etdiyini qeyd edib. Rektor SABAH qrupları tələbələrinin elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı imzaladığı sərəncam haqqında da məlumat verib. Deyib ki, sərəncamda SABAH qruplarında təhsil alan tələbələrdə elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, onların müasir elmi metodologiyalar və elmi ədəbiyyatla işləmək qaydaları ilə tanış edilməsi, elmi tədqiqatlarda real iştirakının təmin edilməsi, habelə innovasiya fəaliyyətinə cəlb edilməsi məqsədi ilə hər bir tələbəyə elmi rəhbər kimi bir müəllim və ya elmi işçinin təhkim edilməsi öz əksini tapıb. Rektorun sözlərinə görə, tələbələrin ölkədaxili və beynəlxalq elmi seminar, konfrans, olimpiada və müsabiqələrdə, o cümlədən qrant layihələrində iştiraklarını təmin etmək məsələlərinə də geniş yer verilib. Sonra Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsinin sədri Şahin Seyidzadə çıxış edib və tədbir tələbələrin çoxsaylı suallarına cavabla yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 16 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!