BDU-nun SABAH qruplarının Tarix ixtisasında təhsil alan tələbələri konfransda müxtəlif mövzularda məruzə ilə çıxış ediblər

28/12/2016

2016-cı il dekabr ayının 21-22-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycanın müstəqilliyinin bərpasının və Dünya azərbaycanlılarının Həmrəylik gününün təsis olunmasının 25 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda universitetdaxili elmi konfrans keçirilib. Konfransda Dünya Azərbaycanlılarının həmrəylik günü və Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış, Azərbaycan mühacirəti, Azərbaycanın ərazisi və əhalisi (XIX-XXI əsrlər), Azərbaycanlılar II dünya müharibəsi illərində, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, qaçqın və məcburi köçkünlər problemi, Azərbaycan diasporu və onun fəaliyyəti və digər mövzularında məruzələr dinlənilmiş, həmin mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Konfransda Tarix ixtisasında təhsil alan SABAH qruplarının  tələbələri  iştirak ediblər.

1. Məmmədli Minə Tofiq q. - Tarix ixtisası, II kurs, Tarix müəllimliyi ixtisası

Məruzə mövzusu: “II Dünya müharibəsində Azərbaycan legionunun  başçısı- Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski” (Elmi rəhbər: Bayram Quliyev)

2. Hüseynova Nigar Samir q. - Tarix ixtisası, II kurs, tarix müəllimi ixtisası

Məruzə mövzusu: “Dağlıq Qarabağ münaqişəsi: erməni diasporasının bu istiqamətdə fəaliyyəti” (Elmi rəhbər: dosent Sevinc Ruintən)

3. İsmayılzadə Əfruz Sahib q. - Tarix ixtisası, II kurs, tarix müəllimi ixtisası

Məruzə mövzusu: “Dünya azərbaycanlılarının qurultayı” (Elmi rəhbər: dosent Mehman Abdullayev)

4. Nağıyeva Kamilə Nuru q. - Tarix ixtisası, II kurs, tarix müəllimi ixtisası

Məruzə mövzusu: “Azərbaycan diasporu və onun  ABŞ-da fəaliyyəti” (Elmi rəhbər: Zəhra İslamova)

Konfransa təqdim olunmuş məqalələr “Dünya azərbaycanlıları: tarix və müasirlik” elmi-nəzəri toplusunun V nömrəsində çap olunacaq. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Mətbuat və İnformasiya şöbəsi, 28 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!