BDU-nun SABAH qrupları tələbələri Azercell-in “Təqaüd proqramı”ndan yararlanacaqlar

26/09/2017

Bakı Dövlət Universitetində SABAH qrupları tələbələrinin Azercell şirkətinin İnsan Qaynaqları Departamentinin mütəxəssisləri ilə görüşü keçirilib. Adıçəkilən departamentin əməkdaşları -Vahidə Orucova və Sevinc Sultanova çıxışlarında Azercell-in “Təqaüd proqramı” barədə ətraflı məlumat veriblər. Hər il tələbələrin yararlana bildikləri “Təqaüd proqramı”nın əhəmiyyətindən bəhs edən çıxışçılar əsas məqsədin təhsil aldıqları müddətdə uğur qazanan tələbələri həvəsləndirmək, onların professional inkişaflarına dəstək olmaq və korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən layihələrə dəstəkdən ibarət olduğunu qeyd ediblər. Sonda tələbələrin proqramla bağlı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!