BDU-nun SABAH qrup tələbəsi Erasmus tələbə mübadiləsi proqramında iştirak edib

07/11/2016

BDU-nun SABAH qrup tələbəsi “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi" və  “Belçika Türk Dərnəkləri Birliyi”nin birgə layihəsi olan Erasmus tələbə mübadiləsi proqramında iştirak edib. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan  III kurs tələbəsi Nərgiz Qarayevanın iştirak etdiyi proqram zamanı tələbələr multikultiralizmlə bağlı müzakirələrdə iştirak ediblər. Natiqlər Alderman Ali Caglar, Emir Kir , tarixçi Tina De Ghent ilə öyrənmə ərəfəsində müsbət və mənfi təcrübə, türklərin Belçikaya gəlmə tarixləri haqqında söhbətlər aparılıb.

Tələbələr bir çox tarixi yerləri, muzeyləri  ziyarət edib,  Avropa Komissiyasında  Simon Pascoenın təlimində iştirak edərək komissiyanın strukturu  və Federal Parlamentin iş sistemi ilə tanış olublar.

Bir həftəlik proqram sonunda tələbələrə Avropa Komissiyası tərəfindən təsdiqlənmiş Erasmus+ ( youth exchanges) sertifikatı və hədiyyələr təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 07 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!