BDU-nun SABAH qrup tələbələri TQDK-nın təcrübə proqramına cəlb olunacaqlar

20/10/2016

Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alan SABAH qrup tələbələrinın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları ilə görüşü keçirilib. Görüşdə Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, TQDK-nın Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinın əməkdaşları Əli Mahmudov, Orxan İsmayılov, BDU-nun SABAH mərkəzinin rəhbəri İradə Süleymanova iştirak ediblər. Görüşün məqsədi müəllimlik ixtisası üzrə təhsil alan SABAH tələbələrinin kütləvi imtahanlarda yazı işlərinin (eləcə də esselərin) qiymətləndirilməsi sahəsindəki təcrübənin öyrənilməsinə cəlb olunmalarıdır.

Mətbuat və informasiya şöbəsi, 20 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!