BDU-nun SABAH qrup tələbələri elmi seminar keçiriblər

21/11/2016

BDU-nun Geologiya ixtisasının SABAH qruplarında  təhsil alan  IV kurs  tələbələri Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin işçilərinin iştirakı ilə seminar keçiriblər. Seminarın ilk günündə şirkətin geoloji kəşfiyyat işləri üzrə meneceri Anar Vəliyev “Tetis filiz qurşağında yerləşən filiz yataqlarının timsalında Gədəbəy yüksək sulfidli epidermal qızıllı mis yatağının genetik modeli və proqnoz meyarlarının işlənilməsi” mövzusunda, ikinci və üçüncü günlərində isə şirkətin mühəndis geoloqu Rəşad Əliyev “Geoloji xəritələrin rəqəmsallaşdırılması, rəqəmsal 3D və həqiqi modelin hazırlanması” mövzusunda çıxış ediblər. Həmçinin gələcəkdə keçirilməsi nəzərdə tutulan "Rəqəmsal texnologiya ilə ehtiyatların hesablanması" mövzusunda seminara hazırlıq üçün tələbələrin iştirakı ilə həqiqətdə mövcud olmayan, lakin geoloji prinsiplərə və filizəmələgəlmə proseslərinə uyğun olan, mövhum geoloji xəritə hazırlanıb. Hazırlanmış xəritə əsasında üç müxtəlif səviyyə üzrə horizontal geoloji kəsilişlər tərtib edilib. Mütəxəssislər tərəfindən  tələbələrin çoxsaylı sualları  cavablandırılıb və görülən işlərin aktuallığı haqqında məlumat verilib.

Mətbuat və informasiya şöbəsi, 21 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!