BDU-nun rektoru Qazaxıstan nümayəndə heyətini qəbul edib

01/07/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstanın Təhsil Naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib.

Rektor Qazaxıstanın ali təhsil ocaqları ilə əməkdaşlığa əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin mümkünlüyündən danışıb.

Öz növbəsində Bakıdjan Jumaqulov  Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyəti BDU-nun strukturu, laboratoriyaları və elmi-praktik tədqiqat mərkəzləri, nano araşdırmalar mərkəzi  ilə tanış olub. Qonaqlar BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzə də baş çəkərək, ölkəmizdə Qazax mədəniyyətinə verilən dəyərdən məmnun qaldıqlarını bildirdilər.

Mətbuat və İnformasiya şöbəsi, 01 iyul 2011-ci il.

(Material AzerTac, Azadİnform, APA, SİA,Modern.az, SalamNews, Aze.az, www.novoteka.ru, news.rambler.ru, www.kavkaz-news.info, ru.redtram.com, ania.news.ru, novostimira.com., informasiya agentliklərində, xəbər portallarında və "Komsomolskaya pravda" qəzetində də yayımlanıb -01-05 iyul 2011-ci il)


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!