BDU-nun rektoru Almaniyadan gələn qonaqları qəbul edib

26/09/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Manheim Universitetinin Molekulyar və Hüceyrə İnstitutunun direktoru, Manheim Tədqiqi elmlər universiteti Biotexnologiya fakültəsinin dekan əvəzi, Almaniya Akkreditasiya mərkəzinin üzvü Mathias Hafner və Heydelberq Universiteti Manheim Tibb fakültəsinin tədqiqat qrupunun rəhbəri Ralf Jesenofskini qəbul edib.

Görüşdə BDU-nun yaranma və inkişaf tarixi haqqında qonaqlara məlumat verən rektor Abel Məhərrəmov onun beynəlxalq əlaqələrindən, Almaniya universitetləri ilə əməkdaşlıqdan, tibb və biotexnologiya sahəsində münasibətlərin qurulmasından bəhs edib. Rektor, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin hazırlanmasının əhəmiyyətini də qeyd edib.

Məlum olub ki, qonaqlar BDU ilə daha geniş əlaqələr qurmaq niyyəti ilə universitetdə molekulyar qenetikaya aid 5 günlük  treyninq keçirəcəklər.

  1. Qonaqlar bildiriblər ki, bu sahələrin daha da inkişafı üçün əlaqələrin qurulması, dərinləşməsi, irəli sürülən təkliflərin reallaşması üçün  əllərindən gələni əsirgəməyəcəklər.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Manheym Universitetinin Azərbaycanlı tələbələr və tədqiqatçıların rəhbəri Vüqar Yaqublu da iştirak edib.

Qonaqlar universitetin Biologiya fakültəsinin İmmunologiya laboratoriyası, Molekulyar biologiya sahəsində qrant hesabına Vestminister Universiteti ilə birgə açılmış distant təhsil laboratoriyası və Kimya fakültəsinin NANO texnologiya mərkəzi və digər qurumları ilə tanış olublar.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!