BDU-nun rektoru, akademik Abel Məhərrəmov iyunun 5-də mətbuat konfransı keçirdi

05/06/2009

BDU-nun qarşıdan gələn 90 illik yubileyi münasibətilə təşkil edilən konfransda rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən, bugünkü inkişaf səviyyəsindən, 90 il ərzində Azərbaycan elminin, təhsilinin və dövlətçilik ideologiyasının inkişafında misilsiz xidmətlərindən danışan rektor bildirdi ki, "klassik universitetlər dövlətlərin və dövlətçiliyin barometri hesab olunur. Xaricdən gələn qonaqlar da məhz klassik universitetlərdə təhsil alan tələbələrin dünyagörüşü və intellektinə əsasən həmin dövlətlərin inkişaf səviyyəsini müəyyən edirlər. Bilirsiniz ki, BMT XXI əsri təhsil əsri elan edib. Bu amil təhsilin necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan təhsilinin inkişafında Bakı Dövlət Universitetinin xidmətləri böyükdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin universitetin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı sərəncamda da bu təhsil ocağının tarixi xidmətləri xüsusi qiymətləndirilib".
Ümummilli liderimiz Heydər Əliyevin BDU-nun məzunu və fəxri doktoru olmasından qürur duyduğunu qeyd edən akademik universitetdə bakalavr və magistr pillələri də daxil olmaqla, 18 min tələbənin təhsil aldığını bildirdi. Bu təhsil ocağında 300-ə yaxın elmlər doktorunun, təqribən 1000 nəfər elmlər namizədin çalışdığını, 16 fakültənin, elmi-tədqiqat institutlarının, müxtəlif təyinatlı laboratoriyaların fəaliyyət göstərdiyini bildirərək əlavə etdi ki, BDU istər elmi, istərsə də tələbə potensialı baxımından respublikanın digər universitetlərindən öndə gedir. BDU-da Yaponiya, Türkiyə, İran və digər ölkələrdən gəlmiş gənclərin təhsil alması; faktı da burada təhsilin Avropa standartlarına uyğun olduğunu təsdiqləyən amillərdən biri kimi xarakterizə etdi. Akademik Abel Məhərrəmov onu da vurğuladı ki, dinamik təhsil islahatı aparmaqla vətəndaş cəmiyyəti qurmaq mümkündür.
Rektor yubileylə bağlı qarşıda duran vəzifələrdən, görülən işlərdən danışmaqla yanaşı, jurnalistlərin "Təhsil haqqında" qanun layihəsi, Boloniya prosesi, universitetin mühafizə xidmətinin fəaliyyəti və s. ilə bağlı verdikləri sualları da cavablandırdı.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 05 iyun 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!