BDU-nun Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Londonda olub

30/03/2015

Bakı Dövlət Universitetinin Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova Paşa Bank, British Council və Böyük Britaniyanın Tomson Fondunun birgə təşkil etdiyi “Biznes Jurnalistika” təlimləri çərçivəsində ölkənin tanınmış jurnalistləri ilə birlikdə İngiltərənin paytaxtı London şəhərində olub. Bir həftəlik təlim sosial və yeni media sahəsində bilik və bacarıqların artırılması, BBC, “The Daily Telegraph” kimi nəhəng media korporasiyalarında olmaq baxımından son dərəcə yaddaqalan olub. Jurnalistlər, eyni zamanda, London Fond Birjası, Lordlar palatasında olub və sonda Tomson Fondunun sertifikatlarına layiq görülüblər.

Mətbuat və informasiya şöbəsi, 30 mart 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!