BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

06/05/2017

Bakı Dövlət Universitetinin Qazax filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Filialın müəllim və tələbələri rayondakı Heydər Əliyev parkına gələrək ulu öndərin xatirəsini yad edib, heykəli önünə gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olaraq xatirəsinə həsr olunmuş filmə baxıblar. Eyni zamanda burada təşkil edilmiş kitab sərgisi ilə də tanış olublar.

Sonra tədbir filialda davam etdirilib. Tədbir iştirakçıları filialın foyesində ulu öndərin büstü önünə gül dəstələri qoyduqdan sonra Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş     tədbir keçirilib.

BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətə həsr olunmuş film nümayiş etdirilib.

Sonra filialın baş müəllimlərindən Hamlet İlyaslı, Heyran Vəkilova, müəllim Balabəyim Qədimova, tələbələrdən Aysel Kazımzadə məruzə ilə çıxış edərək ümummilli liderin Azərbaycan elminə, gəncliyinə, eləcə də digər sahələrinə göstərdiyi diqqət və qayğısından danışıblar.

Eyni zamanda filialda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə yarış da keçirilib. V.Əfəndiyev çıxış edərək yarış iştirakçılarına uğurlar diləyib. Sonra güləşçilər müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.

Yarışın sonunda qaliblər Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!