BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib

11/05/2018

Bakı Dövlət Universitetinin Qazax filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycanın qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda filialın müəllim və tələbələri, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində ulu öndərin büstü önünə gül dəstələri qoyublar. Sonra konfrans Heydər Əliyev auditoriyasında öz işinə başlayıb.

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov konfransı giriş sözü ilə açaraq bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyev bütün varlığı ilə öz xalqına, elinə-obasına bağlı olmuşdur. Qeyd edib ki, “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev ideyalarının bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsi bunu bir daha sübut edir.

Konfransda ulu öndərin həyat və fəaliyyətindən bəhs videoçarx nümayiş olunub.

Sonra filialın ictimai və təbiət fənləri kafedrasının müəllimlərindən Yasin Əliyev “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında”, Mübariz Süleymanov “Ümummilli lider Heydər Əliyevin respublikaya ilk rəhbərlik etdiyi dövrü – Azərbaycanın sıçrayış dövrü kimi”, Ülviyyə Bayramova “Ümummilli lider Heydər Əliyev ideyaları və müasir Azərbaycan”, dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Balabəyim Qədimova “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın banisidir”, tarix və coğrafiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Güllü Qocayeva “Əsrin kontraktı müasir Azərbaycanın bünövrəsidir” başlıqlı mövzularla çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və müasir Azərbaycan deyəndə ulu öndər Heydər Əliyev yada düşür. Azərbaycan xalqı bütün həyatını ölkəmizin müstəqilliyinə və  gözəl rifahına həsr etmiş ulu öndər Heydər Əliyevə həmişə minnətdar olmalıdır.

Bundan başqa, universitetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş idmanın sərbəst güləş növü üzrə yarış və mini futbol üzrə turnir keçirilib. Yarışda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib. Qaliblərə filialın Diplomları təqdim olunub.

Elçin İSMAYIL,
BDU-nun Qazax filialında Mətbuat Xidmətinin rəhbəri

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!