BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib

16/03/2018

Tədbir başlamazdan əvvəl filialda İdman Klubunun açılışı olub. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və filialın direktoru Vüsət Əfəndiyev rəmzi açılşı bildirən qırmızı lenti kəsdikdən sonra idman klubuna baxış keçirilib. Tədbir iştirakçıları burada tələbələrin idmanla məşğul olmaları üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Tədbirin aparıcıları Xalq şairi Səməd Vurğunun Bahar şeirini ifa etdikdən sonra bayram şənliyinə start verilib. Rayon rəhbərliyi bayram sovqatları və bayram atributları ilə bəzədilmiş süfrələrə baxıb.

Qeyd edib ki, respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğı onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamlar gənclərdə öz uğurlu sabahına daha böyük inam yaradır. İcra başçısı qeyd edib ki, bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir. Əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təzahürü olaraq respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da günü-gündən yüksələn inkişafı müşahidə edirik. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Qazax rayonunda da çoxsaylı dövlət proqramlarının, tapşırıq və tövsiyələrin davamlı olaraq yerinə yetirildiyinin şahidi oluruq.

Filialın direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev çıxış edərək müəllim və tələbələri milli bayramımız olan - Novruz bayramı münasibətilə təbrik edib. Qeyd edib ki, Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Sonra Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Kamal Əhmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın baş müəllimi Heyran Vəkilova çıxış edərək Novruz bayramı ilə əlaqədar öz ürək sözlərini söyləyiblər.

Sonra Novruzun atributlarından olan Keçəl və Kosanın, Bahar qızın şənliyə gəlməsi tədbir iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Bayram təamları ilə bəzədilmiş ən yaxşı stolun müəyyən edilməsi məqsədilə münsiflər heyəti yaradılıb. Onlar bütün bayram süfrələrinə baxış keçirərək bəzədilmiş ən yaxşı stolu müəyyən ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərqlənən 3 ən yaxşı stolun nümayəndəsinə bayram hədiyyələri təqdim olunub.

Sonra filialın direktoru Vüsət Əfəndiyev rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova xatirə hədiyyəsi təqdim edib.

Novruz şənliyində rəngarəng konsert proqramı təşkil olunub. Yüksək səviyyədə keçirilən bayram şənliyində şən-şux musiqi sədaları altında pəhləvanların, müəllim və tələbələrin hazırladıqları müxtəlif idman nömrələri və rəngarəng əyləncəli səhnəciklər nümayiş etdirilib, bahara həsr olunmuş mahnılar ifa olunub. Kosa və Keçəlin, Bahar qızın bir-birindən şən zarafatları, maraqlı çıxışları bayram şənliyinə daha bir rəng qatıb. Novruz tonqalı ətrafında müəllim və tələbələr rəqs ediblər.

Elçin İSMAYIL,

BDU Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!