BDU-nun Qazax filialı regionun qabaqcıl təhsil müəssisəsinə çevriləcək

19/08/2016

Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin balansına verilən BDU-nun Qazax filialında rayon rəhbərliyi ilə universitet kollektivinin birgə tədbiri keçirilib.  BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək dövlət başçısının təhsilə, elmə verdiyi önəmdən söz açıb. Bildirib ki, BDU-nun Qazax filialının qarşısında təhsilin səviyyəsinin artırılması ilə bağlı mühüm vəzifələr qoyulub. Bu öhdəliyin yüksək səviyyədə icrası üçün bütün mümkün variantlar tətbiq ediləcək. Bakı Dövlət Universitetinin tanınmış professor-müəllim heyətinin filiala ezam edilməsi, təhsil ocağının maddi-texniki bazasının daha da gücləndirilməsi, yeni tədris korpusları və yataqxanaların inşa edilməsi də daxil olmaqla, filialın regionda aparıcı təhsil müəssisəsinə çevrilməsi yolunda bütün tutarlı addımlar atılacaq. Məqsəd gələcək nəslin müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssis kimi yetişdirilməsidir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər regionların sosiad-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, universitetin Qazax filialı üçün inşa olunacaq yeni tədris korpusları və yataqxanalar rayonumuzun gözəlliyinə əlavə çalarlar qatacaq.

BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev dövlət başçısının etimadını doğrultmaq üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

 

BDU-nunu Mətbuat və informasiya şöbəsi, 18 avqust 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!