BDU-nun prorektoru Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının iclasına qatılıb

19/10/2017

Qazaxıstanın X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyası Baş  Assambleyasının XX yubiley tədbiri keçirilib. Yubiley tədbirində iştirak edən Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev məruzə ilə çıxış edib. 20 il ərzində  Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının Xəzər regionunda elm və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edən interaktiv bir platformaya çevrildiyini deyən professor Sani Hacıyev bu illər ərzində qurumun ali məktəblərin akademik və elmi cəhətdən  qarşılıqlı əlaqələri sahəsində yüksək nəticələr əldə etdiyini və regionun aparıcı universitetlərini birləşdirdiyini bildirib. Bakı Dövlət Universiteti, onun beynəlxalq əlaqələri haqqında məlumat verən prorektor çıxışının sonunda Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının əsas məqsədinin qlobal təhsil sahəsinə inteqrasiya etmək, tədqiqatları təkmilləşdirmək, elm və təhsilin müxtəlif sahələrində yeni nailiyyətlərlə tanış olmaq, fikir mübadiləsi və qiymətli təcrübə mübadiləsi aparmaq olduğunu diqqətə çatdırib və təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.

Mətbuat və informasiya şöbəsi, 19 oktyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!