BDU-nun prorektoru Belarus Dövlət Universitetinin 95 illik yubileyində iştirak edib

04/11/2016

Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev Belarus Dövlət Universitetinin 95 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak edib.

Yubiley tədbirində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Belarus Dövlət Universitetinin 95 illik yubileyi ilə əlaqədar video-təbriki təqdim edildikdən sonra prorektor Sani Hacıyev universitetin rektoru, akademik Ablameyko Sergey Vladimiroviçə BDU-nun xatirə hədiyyələrini təqdim edib.

Akademik Ablameyko Sergey Vladimiroviç Belarus Dövlət Universitetinin 95 illik yubileyi münasibətilə işıq üzü görmüş kitabları Bakı Dövlət Universitetinin kitabxanasına bağışlayıb.

Mətbuat və informasiya şöbəsi, 04 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!